Press "Enter" to skip to content

Azadlığa gedən yolun başlanğıcı

Mərasimdən xatirə fotosu

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin paytaxtı Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Türk Dövlətləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən anım tədbiri şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Şəhidlərin xatirəsi yad edilib
Şəhidlərin xatirəsi yad edilib

Bildirilib ki, “Tədbirdə Türkiyədən dövlət rəsmiləri, ictimai xadimlər, ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna Qurani-Kərim oxunmasından sonra, 20 Yanvar faciəsinin mahiyyətini əks etdirən qısa film nümayiş etdirilib”.

Məlumata görə, səfirliyin müşaviri Eldar Əliyev açılış çıxışında 1990-cı ilin 20 yanvar tarixində müstəqllik uğrunda ayağa qalxan sivil xalqın səsinin bütün dünyanın gözü önündə qanla boğulduğunu qeyd edərək, Azərbaycana qarşı yürüdülən ikili standartlara diqqət çəkib: “O, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Sovet rejiminin qanlı siyasətinə etiraz etdiyini vurğulayıb. E.Əliyev, Azərbaycanın müstəqilliyini məhz həmin tarixdə qazandığını qeyd edib”.

Eldar Əliyev çıxış edərkən
Eldar Əliyev çıxış edərkən

Sonra TADİV sədri Aygün Attar çıxış edib. O, çıxışında 20 Yanvarı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinin yazıldığı tarix adlandırıb: “A.Attar, Azərbaycanının yalnız öz müstəqilliyi uğrunda mübarizə aparmadığını, Sovet rejimi tərəfindən istismar edilən türk xalqlarının da istiqlal yolunu açdığını ifadə edib”.

Məlumata əsasən, tədbirdə, həmçinin Türkiyə Cümhurbaşqanın müşaviri Yalçın Topçu çıxış edib: “Yalçın Topçu, 20 Yanvar faciəsinin matəm günü olmaqla yanaşı, azadlığa gedən yolun başlanğıcı olduğunu, şəhidlərin qanının Sovet imperiyasını çökdürdüyünü bildirib”.

“Qanlı yanvar” fotosərgisi
“Qanlı yanvar” fotosərgisi

Məlumatda deyilir ki, tədbirdə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan Suver və Türkiyənin gənclik və idman nazirinin müavini Safa Koçoğlu da mövzu ilə bağlı çıxışlar ediblər.

Anım mərasiminin sonunda “Qanlı yanvar” fotosərgisinin açılışı olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.