Press "Enter" to skip to content

Alparslan və Göktuğ

Körpə uşaq

Türkiyədə 2024-cü ildə körpələr verilən adlar türk mədəniyyətinə xas adların hələ də məşhur olduğunu təsdiqləyir

BAYRAQDAR MEDİA – Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial şəbəkə hesabından maraqlı paylaşım edib. Belə ki, nazir 2024-cü il ərzində Türkiyədə yeni doğulan 937 min 369 körpənin qeydiyyata alındığını açıqlayıb.

Nüfus ve Vatandaşlık İşleri Genel Müdürlüğünün məlumatlarına əsaslanan paylaşıma görə, körpələrə ən çox seçilən adlar Defne və Alparslan olub.

Ali Yerlikaya sosial media hesabındakı paylaşımında 2024-cü ildə doğulan körpələr arasında 15 min 65 əkiz, 290 üçəm, 6 dördəm olduğunu bildirib. “Ən çox seçilən adlara baxdığımızda Defne adı 7 min 661 qız körpəyə verilib. 7 min 554 körpəyə Asel, 6 min 722 körpəyə Zeynep, 5 min 167 körpəyə Asya, 4 min 838 körpəyə Gökçe adı verilib. Oğlan körpələrdən 8 min 304-nə Alparslan, 5 min 796-sına Göktuğ, 5 min 34-nə Yusuf, 4 min 878-nə Metehan, 4 min 349-una Ömər Asəf adı verilib. Övladlarımız xeyirli olsun. İnşallah dövlətimizə, ölkəmizə, millətimizə, ailələrinə xeyirli övladlar olacaqlar. Mən onların hər birinin gözlərindən öpürəm”.

Beləliklə, ənənəvi və mənalı adların önə çıxdığı siyahıda türk mədəniyyətinə xas adların hələ də məşhur olduğu görülür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.