BAYRAQDAR MEDİA – “Azərbaycanda dəmir yolu nəqliyyatının tarixi əlamətdar bir hadisə ilə başladı. 1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı həyata keçirildi. Əvvəlcə neft daşımaları üçün nəzərdə tutulan bu dəmir yolu xətti, qısa müddət sonra sərnişin daşımalarına da xidmət etməyə başladı”.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumatda qeyd edilib.
Bildirilib ki, “son 145 il ərzində Azərbaycanın dəmir yolları böyük inkişaf yolu keçib. Bu sahə təkcə ölkədaxili daşımaların deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm bir hissəsinə çevrilərək ölkənin strateji əhəmiyyətini artırıb. Bu mühüm tarix, həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun keçmişinə və gələcək perspektivlərinə işıq tutur”.
İlk şərhi yaza bilərsiniz