BAYRAQDAR MEDİA -20 Yanvar faciəsindən 35 il ötür. Bu gün ölkənin hər yerində, o cümlədən azad Qarabağda və Şəqri Zəngəzurda da 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilir.
BAYRAQDAR MEDİA xəbər verir ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.
Yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri, Xocalı və Əskəran rayonlarının ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərin xatirəsi anılıb.
Onu da qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı da bununla bağlı özünün Facebook sosial şəbəkə hesabından payıaşım edib.
İlk şərhi yaza bilərsiniz