Press "Enter" to skip to content

Qanları ilə azadlıq dastanı yazanlar

Ziyarət zamanı

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Şəhidlər xiyabanını ziyarət edib

BAYRAQDAR MEDİA – Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi olan 20 Yanvar faciəsindən 35 il ötür. Düz 35 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına qanunsuz olaraq tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş sovet qoşunlarının yeridilməsi, dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsi bəşəriyyətə qarşı yönəldilmiş cinayət, totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri idi.

Bəli, bu, keçmiş sovet rəhbərliyinin öz azadlığı və istiqlalı uğrunda ayağa qalxan Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün əl atdığı qanlı bəşəri cinayət idi. Lakin qanlı rejim öz çirkin niyyətinə çata bilmədi.

QHT rəhbərləri Şəhidlər xiyabanında
QHT rəhbərləri Şəhidlər xiyabanında

O müdhiş gecədə, həmçinin sonrakı günlərdə xalqımızın nümayiş etdirdiyi iradə, sarsılmaz ruh, göstərdiyi böyük qəhrəmanlıq bütün dünyada rəğbətlə qarşılandı. Tarix bir daha göstərdi ki, uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan, dövlətçilik ənənələri olan Azərbaycan xalqını müstəqilliyi uğrunda mübarizədən çəkindirmək mümkün deyil.

Məhz buna görə də haqlı olaraq qeyd edirik ki, 20 Yanvarın Azərbaycanın yeni tarixində xüsusi yeri var. 1990-cı ilin yanvarında baş verən hadisələr xalqımızın milli özünüdərkində və milli istiqlal yolunda mühüm rol oynadı.

Şəhidlərin əziz xatirəsi yad edilib
Şəhidlərin əziz xatirəsi yad edilib

Birmənalı olaraq qeyd edə bilərik ki, həmin gün Azərbaycan xalqının qeyrətli oğul və qızları öz qanları ilə azadlıq dastanı yazdılar. Bu gün isə onların ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük zəfər qazanıb. Bu şanlı qələbəyə görə bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhu şaddır.

İstiqlal qurbanlarının məzarları önünə qərənfillər düzülüb
İstiqlal qurbanlarının məzarları önünə qərənfillər düzülüb

Beləliklə, hər il olduğu kimi bu il də Azərbaycan xalıq Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramını bildirir. Öz növbəsində, yanvarın 19-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyəti, Foruma üzv QHT-lərin rəhbərləri 20 Yanvar hadisəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

AMQF-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, ziyarət zamanı İstiqlal qurbanlarının əziz xatirəsi hörmətlə anılıb, məzarları önünə qərənfillər düzülüb.

Ziyarət zamanı
Ziyarət zamanı

Məlumatda o da qeyd edilib ki, bu günlərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıb: “Açıq Məktubda Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlik kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti uzun illərdir bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib. Açıq Məktubda Norveç Nobel Komitəsindən bu qara ləkəni təmizləmək, Azərbaycan xalqına qarşı olan haqsızlığı aradan qaldırmaq, 20 Yanvar qırğınının əmrini vermiş Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsi tələb olunub. Bu müraciət geniş ictimai dəstək qazanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.