Press "Enter" to skip to content

Qardaş ölkənin naziri Prezidentin qəbulunda

Hakan Fidan İlham Əliyevin qəbulunda

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 18-də qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, Hakan Fidan Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Recep Tayyip Erdoğana çatdırmağı xahiş edib.

“Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.