BAYRAQDAR MEDİA – Odunpazarı Bələdiyyəsi və Sosial Demokratiya Dərnəyinin ev sahibliyi ilə Eskişehir şöbəsi jurnalist və yazıçı Uğur Mumcunun xatirəsinə xüsusi mərasim təşkil olunacaq.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “demokratiya və azadlıq mübarizəsinin simvolik simalarından olan Uğur Mumcunun anım tədbiri yanvarın 23-də saat 18:00-da Hasan Polatkan Mədəniyyət Mərkəzində keçiriləcək. Mərasimdə yazıçı və siyasətçi Yaşar Seyman və jurnalist, sabiq millət vəkili Mustafa Balbay çıxış edəcək”.
İlk şərhi yaza bilərsiniz