BAYRAQDAR MEDİA – Yanvarın 19-da SEPAH, eləcə də radikal və yarıhərbi “Bəsic” qruplaşmasının üzvlərinin iştirakı ilə 12 min nəfərlik hərbi təlim keçiriləcək.
Xəbəri “Azad İran” Telegram kanalı “Defa Press”ə istinadla yayımlayıb.
Bildirilib ki, SEPAH-ın Ərdəbil əyalətindəki “Həzrət Abbas” qərargahının komandiri Qulamhüseyn Məhəmmədi Əsl deyib: “Hərbi təlim xalqın təhlükəsizliyini nümayiş etdirmək, “Bəsic” və SEPAH qüvvələrinin xalqın təhlükəsizliyinin digər məsələlərdən daha vacib olduğunu göstərmək və özlərini qurban verməyə hazır olduqları üçün keçirilir”. O, qeyd edib ki, hökumət mediası ölkənin nailiyyətlərini insanlara, xüsusilə də gənc nəslə göstərməyə çalışmalıdır.
İlk şərhi yaza bilərsiniz