Press "Enter" to skip to content

Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub

Medal təqdim edilərkən

BAYRAQDAR MEDİA – Türkiyə – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.

Bu barədə BAYRADAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirliyinin inzibati binasında təşkil olunan mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, ictimai xadimlər və səfirlik kollektivi iştirak edib: “Səfir Rəşad Məmmədov tədbirdə açılış çıxışı edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə TBMM-də Türkiyə – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olan Şamil Ayrımın Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafına veridiyi töhfəyə görə Azərbaycan Respublikasının ən ali medalı olan “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunduğunu bildirib və medalı təqdim edib. O, çıxışında Ş.Ayrımın daha öncə də Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladaraq, millət vəkilinin fəaliyyətinin hər zaman dövlətimiz tərəfindən təqdir olunduğunu diqqətə çatdırıb”.

Mərasimdən xatirə fotosu
Mərasimdən xatirə fotosu

Xəbərdə deyilir ki, sonra Ş.Ayrım çıxış edib: “O, çıxışında Azərbaycan -Türkiyə münasibətlərinin bütün sahələrdə hərtərəfli inkişafının fəaliyyətinin əsas istiqaməti olduğunu ifadə edib və Prezident İlham Əliyevə ona göstərilən diqqətə görə təşəkkürlərini bildirib. Ş.Ayrım bildirib ki, təltif olunduğu bu medal yalnız onun deyil, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün çalışan, töhfə verən bütün TBMM heyətinin, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin fəaliyyətinin qiymətləndirildiyinin göstəricisidir”.

Xəbərdə o da qeyd olunub ki, mərasimdə səfirlik tərəfindən hazırlanan, Ş.Ayrımla bağlı qısa film nümayiş etdirilib: “İştirak edən millət vəkilləri Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı ürək sözlərini ifadə ediblər və təbriklərini çatdırıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.