BAYRAQDAR MEDİA – Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilib.
Bildirilib ki, H.Salimov Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə media sahəsində inkişafı ilə bağlı görülən işlərdən, kütləvi informasiya vasitələri və jurnalistlərin qarşısında duran mühüm vəzifələrdən, nailiyyətlərdən və problemlərdən danışıb. Özbəkistan-Azərbaycan qardaşlıq münasibətləri haqqında danışan H.Salimov Bakıda nəşr olunan və Azərbaycan ziyalıları tərəfindən böyük maraqla qarşılanan “Şavkat Mirziyoyev fenomeni” kitabının Azərbaycanda təqdimatını xatırladıb.
“İki ölkə liderləri cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyevin siyasi iradəsi və sıx dostluq münasibətləri sayəsində Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Prezidentlərin qarşılıqlı səfərləri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə təkan verib”, – deyə A.Marifli vurğulayıb.
A.Marifli, İlham Əliyevin mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini xatırladaraq, bunun iki ölkə arasında ortaq türk irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.
Həmçinin, görüşdə milli media məkanının inkişaf tendensiyaları kimi mühüm məsələlər müzakirə olunmuş, Mərkəz və İttifaq arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.
İlk şərhi yaza bilərsiniz