Press "Enter" to skip to content

“MÜSİAD Eskişehir”in İdarə Heyəti yenilənib

Oğuz Özdemir yenidən rəhbər seçilib

BAYRAQDAR MEDİA – Müstəqil Sənaye və İş Adamları Dərnəyi (MÜSİAD) Eskişehir şöbəsinin 22-ci ümumi yığıncağı Tasigo Hoteldə keçirilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “qurumun rəhbəri Oğuz Özdemir Eskişehirdə 200-ə yaxın üzvü olan MÜSİAD-a etimadı təzələyib. İdarə Heyətinin 14 nəfərlik üzvündən isə 6-sı öz mövqeyini qorusa da, 8 nəfər yeni rəhbərliyə daxil edilməyib”.

Məlumata görə, Oğuz Özdemir, yığıncaqda etdiyi çıxışında dərnəyin əsaslarının 1990-cı ildə atıldığını ifadə edərək deyib: “Bu gün MÜSİAD 14 mindən çox üzvü, 60 mindən çox müəssisəsi və 2 milyondan çox işi olan Türkiyənin ən böyük iş adamları dərnəyinə çevrilib. Qurumun ölkədə 84, xaricdə isə 84 ölkədə 99 nümayəndəliyi var”.

O.Özdemir həmçinin “Əsas məqsədimiz Eskişehirin və ölkəmizin istehsalına, ixracına və məşğulluğuna töhfə verəcək layihələr inkişaf etdirmək olacaq” deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.