BAYRAQDAR MEDİA – Millət vəkili Elçin Mirzəbəyli Ağsu rayonunun Ərəbuşağı kəndində İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birlikdə növbəti vətəndaş qəbulunda iştirak edib.
E.Mirzəbəyli qeyd edib ki, qəbul zamanı vətəndaşların qaldırdığı şəxsi və bilavasitə Ərəbuşağı kəndi ilə bağlı məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, bir qisminin isə həllini tapacağı bildirilib.
O əlavə edib ki, digər – mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olan təşəbbüslərlə əlaqədar müraciətlər isə təhlil edildikdən sonra qısa zaman ərzində tərəfindən müvafiq qurumların diqqətinə çatdırılacaq.
İlk şərhi yaza bilərsiniz