Press "Enter" to skip to content

Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

BAYRAQDAR MEDİA – 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6 min 682 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “onların 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2023-cü illə müqayisədə 6,7 faiz artıb. Ötən il kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb”.

Mission News Theme by Compete Themes.