BAYRAQDAR MEDİA – Tehran Apellyasiya Məhkəməsinin 36-cı bölməsi 10 nəfər Güney Azərbaycanlı fəalın apellyasiya şikayətini rədd edərək, barələrində çıxarılan həbs qərarını qüvvədə saxlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərə əsasən, milli fəallar “casusluq”da, “milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq”da, “ölkənin təhlükəsizliyi əleyhinə toplaşmaq və əlbir olmaq”da ittiham olunurlar. Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14 il, Araz Aman 13 il, Bağır Hacızadə 13 il, Kərəm Mərdanə 11 il, Tahir Nəqəvi 6 il, Murtaza Pərvin 6 il, Həsən İbrahimi 3 il, Salar Tahir Əfşar 5 il, Səid Minai Qışlaq 5 il və Fatimə Atəş Xiyavi Nəsəb 5 il azadlıqdan məhrum edilib. Azərbaycanlı fəal M.Pərvinə verilən həbs cəzası 6 ildən 5 ilə endirilib.
Qeyd edək ki, adları çəkilən fəallar 2024-cü il fevralın 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc, İslamşəhr, Muğan və Astara şəhərlərində həbs edilərək Tehranın bədnam Evin zindanına köçürülüblər.
İlk şərhi yaza bilərsiniz