Press "Enter" to skip to content

İl ərzində 100 mindən çox zəng daxil olub

BAYRAQDAR MEDİA – 2024-cü il ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 107 min 472 zəng daxil olub. Müraciətlərdən 89 min 261 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 18 min 211 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “8 min 579 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 9 min 226 müraciət ilə bağlı məsələ həll edilib, 406 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub”.

Qeyd edilib ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb: “Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası,vətəndaş məmnunluğunun təmin edilməsidir. Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.