Press "Enter" to skip to content

Həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb

Cəmilə Əhmədova

Cəmilə Əhmədova: 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün öz doğma məkanında şagirdlərə təhsil verir

BAYRAQDAR MEDİA – Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Məktəbin şagirdləri “Axı biz neyləmişdik?” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər
Məktəbin şagirdləri “Axı biz neyləmişdik?” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər

Qeyd edilib ki, öncə Azərbaycanın Dövlət Himni səslənib, sonra isə 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışında bildirib ki, 35 il keçsə də törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi, 8 noyabr tarixində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildən çox davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfərlə həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün öz doğma məkanında şagirdlərə təhsil verir”.

Tədbir zamanı
Tədbir zamanı

Məlumata görə çıxışdan sonra məktəbin şagirdləri “Axı biz neyləmişdik?” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər: “1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri, şagirdlər çox təsirli səhnəciklərlə nümayiş etdiriblər. Belə bir ümumi fikir ifadə olunub ki, bu gün hüzn günü yox, qürur günü, bir xalqın varlığını təsdiqləyən şərafət günüdür. Qan yaddaşımıza əbədi həkk olunan 20 yanvar tarixi, həm də Azərbaycanın sonrakı taleyində ciddi dönüş oldu. Bu faciədən sonra Azərbaycanda sovet imperiyası bütün dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümumilli amala çevrildi”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.