Press "Enter" to skip to content

Gənc iş adamlarının 3T Proqramı çərçivəsində görüşü

Görüş zamanı

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan dərnək mərkəzində 3T (Tanı, Tanışdır, Ticaret Et) proqramı çərçivəsində görüş keçirilib. “Gənc MÜSİAD Azərbaycan”ın təşəbbüsü ilə keçirilən tədbirdə məqsəd gənc iş adamları arasında yeni iş əlaqələrinin qurulması və sektorlararası əməkdaşlığın gücləndirilməsidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “proqram çərçivəsində müxtəlif sektorlardan olan iştirakçılar bir araya gələrək iş dünyası ilə bağlı yenilikləri müzakirə ediblər. Gənc iş adamları bu proqramda yeni tanışlıqlar əldə etmək və birgə layihələr inkişaf etdirmək imkanı tapıblar”.

Məlumata görə, “Gənc MÜSİAD Azərbaycan”ın sədri Akif Başoğlu, proqramın məqsədinin gənclərin ticarət qabiliyyətlərini artırmaq və onların peşəkar dünyada daha fəal rol almalarını təmin etmək olduğunu vurğulayıb. O, həmçinin, “Gənclər arasında aktiv iş əlaqələri quraraq onların ticarət dünyasında daha fəal rol almalarını təmin etmək və iqtisadi potensiallarına töhfə vermək, bu proqramın əsas məqsədlərindəndir” deyib.

Tədbirin sonunda iştirakçılara təşəkkür edilib və gələcəkdə bənzər tədbirlərlə yenidən bir araya gələcəkləri bildirilib. Gənc MÜSİAD Azərbaycan, gənc sahibkarlara istiqamətlənmiş fəaliyyətlərinə davam edəcəyini bir daha vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.