Press "Enter" to skip to content

Bank Ekspertlər Şurasının iclası keçirilib

İclas zamanı

Vüqar Oruc: AQC qiymətləndirmə sekrorunun inkişafında Palataya bütün istiqamətlərdə yardım etməyə hazırdır

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) AQC sədri, Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc, həmçinin sədrin birinci müavini, icra aparatının rəhbəri, icra aparatının rəhbərinin müavini, ölkədə fəaliyyət göstərən 15 bankın nümayəndələri və AQC Bank Ekspert Şurasının rəhbərliyi iştirak edib: “Tədbirdə bank sektoru ilə qiymətləndirmə sektoru arasındakı münasibətlər, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Qiymətləndiricilər Palatasının yaradılmasından sonra sektordakı mövcud vəziyyət müzakirə olunub. İclasda problemlərin həlli üçün təkliflər də səsləndirilib. Eyni zamanda banklarda çalışan və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda uğur əldə edərək şəhadətnamə alan qiymətləndiriclərin hüquqi statusu müzakirə edilib, müvafiq bankların və AQC-nin hüquqşünasları ilə bu vəziyyətin yenidən dəyərləndirilməsi qərara alınıb”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Məlumata görə, əlavə olara Bank Ekspert Şurası Palataya müraciət etmək qərarına gəlib: “Müraciətdə qeyd ediləcək ki, bank qiymətləndiricilərinin və Palatada təmsil olunan təhsil işçilərinin illik üzvlük ödənişlərini müəyyən edəndə onların Palata üçün əhəmiyyəti nəzərə alınsın və endirimli, yəni aşağı məbləğlər müəyyən olunsun. Çünki bank və təhsil işçiləri biznesi olan Palata üzvləri deyil, onların yüksək məbləğli ödənişlər etmək imkanları yoxdur və Bank Ekspertlər Şurası ümid edir ki, Palatanın ümumi yığıncağı üzvlük haqqının ödənişini müəyyən edəndə məhz bu amili nəzərə alacaq. Bu iki təbəqənin iştirakı Palatanın intellektual səviyyəsini, qarşıda qoyduğu hədəflərə çatmaq istiqamətində atacağı addımların daha məhsuldar olmasını təmin edən amillərdir. Yüksək məbləğlər təyin edərək bu şəxslərin Palatadan kənarda saxlanılması yolverilməzdir”.

Məlumata əsasən iclasda AQC Bank Ekspert Şurasının sədri Hikmət Sadıqovun təklifi ilə müvafiq dövlət qurumlarına, habelə əsas tənzimləyici qurum olan İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qərara alınıb ki, Palatanın yanında İctimai Şura təşkil olunsun: “Həmin şurada Azərbaycan Mərkəzi Bankının, AQC-nin, habelə Palata ilə əlaqəli fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri təmsil olunsun ki, bu Palatanın əhəmiyyətini, inzibati çəkisini daha da artırsın və hazırda onun qarşısında olan büdcənin təşkili, inzibati resursların əldə olunması, ofis və digər məsələlərin həlli istiqamətində addımlar atılması üçün mühüm əhəmiyyətə malik olsun. Yəni bu problemlərin həlli üçün Palata dövlət qurumlarının da dəstəyini əldə edə bilsin”.

Öz növbəsində Vüqar Oruc “Bir daha vurğulayırıq ki, AQC qiymətləndirmə sekrorunun inkişafında Palataya bütün istiqamətlərdə yardım etməyə hazırdır”, – deyib.

Xatırladaq ki, Bank Ekspertlər şurası 29 yanvar 2024-cü il tarixində yaranıb və hazırda ölkədə fəaliyyət göstərən 15 bank (“Paşa Bank” ASC; “Azərbaycan Beynəlxalq Bankı” ASC; “Kapital Bank” ASC; “Access Bank” QSC; “Expressbank” ASC; “Bank of Baku” ASC; “Ziraat Bank Azərbaycan” ASC; “Unibank” ASC; “Rabitəbank” ASC; “Yelo Bank” ASC; “Yapı Kredi Bank Azərbaycan” QSC; “Bank Avrasiya” ASC; “Bank VTB Azərbaycan” ASC; “Premium Bank” ASC; “Bank Respublika” ASC) və AQC rəhbərliyi Şuraya daxildir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.