Press "Enter" to skip to content

2024-cü ildə yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb

BAYRAQDAR MEDİA – 2024-cü ilin 12 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən ötən il respublikada elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt•st olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 543,2 mln. kVt•st, SES-lərdə 3 011,0 mln. kVt•st, digər mənbələr üzrə isə 839,9 mln. kVt•st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt•st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt•st artaraq 3 850,9 mln. kVt•st təşkil edib”.

Məlumatda, həmçinin “Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 mln. kVt•st (İES-lərdə 22 322,9 mln. kVt•st, SES-lərdə 2 815,7 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 mln. kVt•st (İES-lərdə 253,4 mln. kVt•st, SES-lərdə 176,2 mln. kVt•st, GES-də 60,8 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 mln. kVt•st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt•st, idxalı isə 170,5 mln. kVt•st olub. Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 466,4 mln. kVt•st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 mln. kVt•st, idxalı isə 10,6 mln. kVt•st təşkil edib” deyə bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.