Press "Enter" to skip to content

Yeni hökumət üç partiyadan ibarət olacaq

Prezident Rumen Radev hökuməti qurmaq səlahiyyətini  Rosen Jelyazkova həvalə edib

BAYRAQDAR MEDİA – Bolqarıstanda nəhayıt ki, hökumət problemi çözülür. Yanvarın 15-də Prezident Rumen Radev hökuməti qurmaq səlahiyyətini GERB-SDS tərəfindən baş nazir vəzifəsinə irəli sürülmüş Rosen Jelyazkova həvalə edib.

Bu barədə Radio Bolqarıstan məlumat verib.

Bildirilib ki, “artıq yeni hökumətin strukturu və tərkibi bəllidir. Yeni hökumət üç partiyadan ibarət olacaq. Baş nazirin 3 müavini və 19 nazir olacaq. GERB-dən Tomislav Donçev, BSP-dən Atanas Zafirov və ITN-dən Qrozdan Karaçov Baş nazirin müavinləri olacaq”.

Bundan başqa, yeni kabinetdə GERB-SDS 11 nazir olacaq. BSP-nin 5, ITN-nin isə kabinetdə 4 nümayəndəsi olacaq”.

 

Mission News Theme by Compete Themes.