Press "Enter" to skip to content

Təşkilatlar üzvlük məsələsinə ciddi yanaşır

İndiyədək 53 təşkilat haqqında AMQF üzvlüyünə qəbulla bağlı qərar qəbul edilib

BAYRAQDAR MEDİA – Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı üçün mütəmadi olaraq addımlar atılır, müvafiq qərar və qanunlar qəbul edilir. Öz növbəsində QHT sektoru da üzərinə düşən vəzifələrin öhdəsində layiqincə gəlmək üçün var gücü ilə çalışır. Biz COP29 zamanı bir daha bunun şahidi olduq.

Yeri gəlmişkən, həmin vaxt Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) da öz məhsuldar fəaliyyəti ilə seçildi. Bu məqamda xüsusi olaraq qeyd edək ki, 2024-cü il mayın 14-də keçirilən Azərbaycan Milli QHT Forumunun X qurultayı bu qurumun həyatında yeni dövrün başlanğıcı kimi tarixə düşdü. Məhz həmin qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edildi, “prezident” postu ləğv olundu, əsas səlahiyyətlər İdarə Heyətinə ötürüldü. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırıldı. Tədbirdə köhnə tərkib tam heyətlə buraxıldı və yeni tərkib formalaşdı. Qurultayda həmçinin qurumun rəhbəri də dəyişdirildi, yəni bu posta yeni şəxs seçildi və 5 nəfərdən ibarət İdarə Heyəti seçildi.

Lakin bu heç də son deyil. Qarşısına mühüm məqsədlər qoyan AMQF tezliklə üzvlük siyasətini də yenilədi. Quruma üzv QHT-lər yenidən qeydiyyatdan keçdilər və müvafiq prosedurlardan sonra onların üzvülüyü ilə bağlı qərar qəbul edildi.

Bəs, hazırda durum necədir? Bu günə kimi neçə təşkilat haqqında üzvlüklə bağlı qərar qəbul edilib? Təşkilatların üzvlük haqqının ödənilməsi məsələsinə yanaşması qanedicidirmi?

Həmin sualarımıza cavab olaraq AMQF Katibliyinin nümayəndəsi Ləman Ağalarova dedi ki, indiyədək 53 təşkilat haqqında AMQF üzvlüyünə qəbulla bağlı qərar qəbul edilib: “Təşkilatlar, onlara uyğun vaxtda üzvlük vəsiqələrini gəlib götürməklə üzvlük haqqı ödəyirlər”.

Bildirildi ki, bu, periodik olaraq müxtəlif günlərə təsadüf edir. 15 üzv təşkilata isə növbəti günlərdə üzvlük vəsiqəsi təqdim olunacaq: “Bugünədək vəsiqə əldə edənlərdən, yalnız 2 təşkilat üzvlük haqqı ilə bağlı möhlət istəyib, o da üzrlü səbəbdən. Ümumilikdə təşkilatlar üzvlük məsələsinə ciddi yanaşır. Üzv təşkilatlar AMQF tədbirlərində də çox aktiv iştirak edirlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.