Press "Enter" to skip to content

Politoloqdan ABŞ-Ermənistan razılaşmasına münasibət

Telman Nüsrətoğlu

Telman Nüsrətoğlu: Yenə də yüz il əvvəlki xam xəyallarla, imperiya refleksləri ilə hərəkət edirlər

BAYRAQDAR MEDİA – “Yenə də yüz il əvvəlki xam xəyallarla, imperiya refleksləri ilə hərəkət edirlər. PKK-YPG təşkilatıçılığı ilə qondarma kürd dövləti yaratmaq istəklərindən əl çəkmək istəmirlər”.

Bunu politoloq, tarix elmləri doktoru, Xəzər Üniversitetinin dosenti Telman Nüsrətoğlu ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanı strateji müttəfiq elan etməklə revanşizmə, yeni təxribatlara təkan verirlər: “Onlar unutmasınlar ki, artıq yüz il əvvəlki şərait yoxdur. Hazırda dünyanın ən güclü ordularına malik qlobal gücə çevrilməyə doğru irəliləyən Türkiyə və regional güc Azərbaycan var. Türk dünyası Avrasiyada formalaşacaq güc balansında ən kritik aktordur. Çin var, Rusiya var, İran var. Bunların qarşısında geosiyasi poliqona çevrilmiş kiçik və məğlub Ermənistan və terror təşkilatı PKK-YPG ilə Amerika ayaqda qalacaqmı?”

T.Nüsrətoğlu qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın ana südü kimi haqqıdır və gec-tez açılacaq: “Çətin və kritik bir prosesdən keçirik, amma şükürlər olsun ki, daha da önəmlisi, qalib ordularımız, Azərbaycan-Türkiyə strateji qardaşlıq ittifaqı, TDT var. Əminəm ki, liderlərimizin, dərin türk dövlət ağlının (həm Azərbaycan, həm də Türkiyə) hər şeyi ən xırda təfərrüatına qədər hesablayıb məsləhətləşərək oyunları aradan qaldıracaq və bizi milli hədəflərimizə doğru qətiyyətlə aparacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.