BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, 2023-cü ilin sonunda yaradılmış Bədii Şura birillik uğurlu fəaliyyətdən sonra öz işini başa vurub.
Teatrın yeni Bədii Şurasının tərkibi belədir:
1. İlham Əsgərov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi – sədr
2. Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi – sədr müavini
3. Cavid Zeynallı, Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri – məsul katib
4. Böyükxanım Talıbova, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunun müdiri – üzv
5. Elçin Əfəndiyev, Xalq yazıçısı – Fəxri üzv
6. Kamal Abdulla, Xalq yazıçısı, akademik – Fəxri üzv
7. Ceyran Mahmudova, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor – Üzv
8. Elçin Cəfərov, teatrşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru – üzv
9. Hacı İsmayılov, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri – üzv
10. Rafiq Əzimov, Xalq artisti – üzv
11. Nurəddin Mehdixanlı, Xalq artisti – üzv
12. Bəsti Cəfərova, Xalq artisti – üzv
13. Firəngiz Mütəllimova, Xalq artisti – üzv
14. Sabir Məmmədov, Xalq artisti – üzv
15. Füzuli Hüseynov, Əməkdar artist – üzv
İlk şərhi yaza bilərsiniz