BAYRAQDAR MEDİA – Yanvarın 16-da Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Ağstafa rayon icra hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1 min 500 ədəd Şərq çinarı əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib. O qeyd edib ki, daha sonra iştirakçılar Tovuz rayonu ərazisindəki Qovlar meşəbəyliyinin zərərverici və xəstəliklərə yoluxaraq qurumuş şam ağacı meşəliyinin 3 hektarında aparılan meşəbərpa tədbirlərinə qoşulub və 2 min 500-dən artıq Eldar şamı ağacı əkiblər”.
Xidmət rəisinin sözlərinə görə, növbəti günlərdə də sözügedən ərazilərdə meşəbərpa tədbirləri davam etdiriləcək: “Tədbir iştirakçıları, eyni zamanda, Qovlar meşəbəyliyi ərazisində əkin materallarının istixana şəraitində yetişdirilməsi üçün yaradılan tingçilik təsərrüfatına baxış keçirib, aparılan işlərlə tanış olub”.
İlk şərhi yaza bilərsiniz