Press "Enter" to skip to content

67 min universitet tələbəsi var

Eskişehirdə 3 universitet fəaloyyət göstərir

BAYRAQDAR MEDİA – Türkiyədə tələbə şəhəri sayılan Eskişehirdə üç dövlət universiteti var. Bu üç universitetdə ümumilikdə 67 min tələbəs var.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Eskişehirin ilk universiteti Anadolu Universitetidir. Anadolu Universitetinin 1993-cü ildə bölünməsi ilə Eskişehir Osmangazi Universiteti (ESOGÜ), 2018-ci ildə bölünməsi ilə Eskişehir Texniki Universiteti (ESTÜ) quruldu. Eskişehir illərdir tələbə dostu şəhər seçilib”.

Məlumata görə, 2024-cü ilin noyabr ayı etibarilə ESOGÜ-də 29 min 325 tələbə var: “Ən çox tələbəsi olan universitet ESOGÜ-dür. Anadolu Universitetinin tələbə sayı 23 min 101-dir. ESTÜ isə 14 min 923 tələbəsi ilə üçüncü sırada qərarlaşıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.