Press "Enter" to skip to content

Xalq adından danışmaq üçün xalqın etimadı lazımdır – VİDEO

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Azərbaycandan qaçıb müxtəlif ölkələrdə daldalanan, şəxsi maraqları üçün milli maraqları satan bir qrup şəxs “xalq parlamenti” adlı bir qurum yaradacaqlarını elan edib. Onlar hətta bunun üçün onlayn “seçki” də keçiriblər. Sonra da bəlli olub ki, bu dəstənin üzvləri bir-birilərinə kələk gəliblər…

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət belə bir gəlişməyə təəccüblənmədiyini deyir: “Mən bu saxtakarların bəzilərini yetərincə yaxşı tanıyıram. Bunlar Azərbaycanın milli maraqlarını öz cılız siyasi hesablarına qurban verən, dövlətimizə və millətimizə arxa çevirib işğalçı Ermənistanın yanında yer alan yaramaz ünsürlərdir. Onların Azərbaycan xalqı adından danışması, hətta daha irəli gedərək öz ağıllarınca “xalq parlamenti” qurmağa cəhd göstərməsi, təbii ki, ölü doğulmuş təşəbbüs olmalıydı, oldu da. Elə bu işi təşkil edənlərdən biri artıq neçə gündür ki, sosial mediada “xalq parlamenti”nin ölü doğulduğunu deyir. Bu bədbəxtlər anlamır ki, özləri ölü olduqları halda “diri” bir təşəbbüsə iddia etmələri belə gülünc davranışdır. Biz illərdir bu ünsürlərin nəyə və kimə xidmət etdiyini deyirik. Həmişə də onlarla bağlı fikirlərimiz təsdiqini tapır. Bu dəfə də elə oldu”.

Azər Həsrət daha sonra əlavə edib ki, gerçək xalq parlamenti qurmaq üçün xalqa arxalanmaq lazımdır: “Bu ünsürlərin Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmadığına görə belə təşəbbüsləri də onları növbəti dəfə gülüş hədəfinə çevirməli idi. Xalq parlamentini quracaq şəxslər xalqa arxalanmalı, xalqın etimadını qazanmalıdır. Azərbaycanda bu münasibətə haqqı çatan tək lider İlham Əliyevdir. O, xalqa arxalanır, xalqın tam etimadına sahibdir. Xalq adından danışmaq, təşəbbüs irəli sürmək İlham Əliyevdən başqa heç kimin haqqı və həddi deyil. Ona görə də bu antimilli ünsürlər növbəti dəfə xalqdan rədd cavabı aldıqlarının fərqinə varmalı, ortalıqda dolaşıb könül bulandırmamalıdırlar. Əlbəttə, az da olsa ədəb və əxlaq sahibidirlərsə, bizim bu dediklərimizi diqqətə ala biləcəklər. Əks təqdirdə gülünc günləri davam edəcək”.

Əlavə edək ki, sözügedən gülünc “xalq parlamenti” ilə bağlı Real TV-nin 14 yanvarda efirə getmiş “Mir Şahinin vaxtı” verilişində də geniş danışılıb. Usta jurnalist Mir Şahin məsələni özünəməxsus ustalıqla şərh edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.