Press "Enter" to skip to content

Qardaş ölkə hərbi gücünü artıracaq

Özbəkistan müdafiə qüdrətini artırır

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistan qlobal təhlükəsizlik təhdidlərinə qarşı müdafiə qabiliyyətini gücləndirmək üçün 2025-ci il üçün hərtərəfli hərbi investisiya planını açıqlayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “müdafiə sektorunun modernləşdirilməsi məqsədi ilə hazırlanan proqram hərbi infrastrukturun gücləndirilməsi və texnoloji yeniliklərlə təchiz edilməsi istiqamətində mühüm addımları özündə əks etdirir. Mövcud hərbi maşın və texnikanın təmiri və modernləşdirilməsi üzrə işlər də sürətlə davam etdiriləcək”.

Məlumata əsasən, 2025-ci il üçün müəyyən edilmiş hərbi material təchizatı planı Özbəkistanın müdafiə qüdrətini xeyli artırmaq məqsədi daşıyır: “Proqram çərçivəsində 2026-cı ilə qədər Özbəkistanın hərbi hissələrinin topoqrafik-coğrafi informasiya sistemləri və xüsusi texnika ilə gücləndirilməsi planlaşdırılır. Bundan əlavə, hərbi kadrların hazırlanmasına və müasir coğrafi informasiya texnologiyaları sahəsində təcrübənin artırılmasına böyük investisiyalar qoyulacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.