BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Konyalı Sanayici ve İş Adamları Derneğinin (KONSİAD) prezidenti Kemal Çelikin rəhbərliyi ilə Azərbaycana işgüzar səfər edən nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində Konyadan olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib.
Bu barədə KOBİA-nın məlumatında qeyd edilib.
Məlumata görə, “Bakı KOB evi”ndə keçirilən görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KONSİAD-ın Baş direktoru Kemal Çelik çıxış edib: “Natiqlər iş adamları arasında əməkdaşlıq imkanlarına, mümkün birgə layihələrə, bu sahədə hər iki təşkilatın göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüblər. Görüşdə həmçinin, ölkəmizdə sahibkarlığa göstərilən dəstək tədbirləri, güzəştlər, o cümlədən KOBİA-nın xidmətləri, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub”.
Məlumata görə, sonra müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamları arasında B2B görüşlər keçirilib.
İlk şərhi yaza bilərsiniz