BAYRAQDAR MEDİA – ADA Universiteti Fondunun və Azercell Telekom MMC-nin ötən ildən etibarən birgə təşkil etdiyi “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsinə başlanılıb.
Bu haqda xənər BAYRAQDAR MEDİA-ya ADA Universitetinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycanın startap ekosisteminin inkişafını dəstəkləyən proqram gənclərə yeni texnologiyaların tətbiqini öyrədəcək, onları real startap ekosisteminə hazırlayacaq. İştirakçılar öz ideyalarını layihələndirmək və reallaşdırmaq üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəklər, təcrübəli mentorlarla işləmək və ekosistem nümayəndələri ilə əməkdaşlıq qurmaq fürsəti əldə edəcəklər”.
Daha sonra xəbərdə, “layihəyə bu il 10 komanda cəlb ediləcək. ADA Universitetnin və Azercell Telekomun əməkdaşları yarım ilədək olan müddət ərzində komanda üzvlərinə mentorluq edəcək, gənclərə “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihə idarəetməsi”, “MVP hazırlanması”, “Uğurlu startup təqdimatların hazırlanması ” kimi mövzularda təlimlər keçəcəklər” deyə qeyd olunur.
Sonda qalib gələn komandaya 3 min 500 AZN pul mükafatı təqdim ediləcək. Eyni zamanda, uğurlu layihə təklifləri “Azercell Telekom” tərəfindən dəyərləndiriləcək və ideyları ilə seçilən startapçılara təcrübə proqramında iştirak və ya iş fürsəti təqdim ediləcək.
İlk şərhi yaza bilərsiniz