BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidenti Rumen Radev Konstitusiyanın 99-cu maddəsinin birinci bəndinə uyğun olaraq hökuməti qurmaq səlahiyyətini ən böyük parlament qrupu olan GERB-SDS-ə verəcək. Daha doğrusu, bu qrupun müəyyən etdiyi baş nazirliyə namizədə yanvarın 15-də hökuməti qurmaq səlahiyəti veriləcək.
Bu barədə Radio Bolqarıstan məlumat verib.
Məlumata əsasən, parlamentdə birinci siyasi gücə malik olan baş nazir namizədi 7 gün ərzində Nazirlər Şurasının strukturunu təklif etməzsə, Prezident hökuməti qurmaq səlahiyyətini ikinci ən böyük parlament qrupu olan PP-DB tərəfindən müəyyən edilən baş nazirliyə namizədə həvalə edəcək.