BAYRAQDAR MEDİA – Ərdəbil Bələdiyyəsi ikiüzlü bir hərəkətlə Ərdəbilin cümə imamı Həsən Amulinin təsviri olan və “Azərbaycanın fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayımlayıb.
Bildirilib ki, Ərdəbil Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu hərəkət İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir. İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və televiziyada yayımlanan təhqirləri Quzey Azərbaycanda və Güney Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını istəyib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.
İlk şərhi yaza bilərsiniz