BAYRAQDAR MEDİA – KKTC-də “Bir milyon fidan” hədəfinə çatmaq üçün Ortaköydə Kıbrıs Türk Qüvvələri Alayının sərhədləri daxilində 3 min fidan əkilib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, aksiyada Cümhurbaşqanı Ersin Tatar və bir çox yüksək vəzifəli şəxslər iştirak edib: “Təhlükəsizlik Qüvvələri Komandanlığının Mətbuat Xidmətindən verilən məlumata görə, Cümhurbaşqanı Ersin Tatar, Türkiyənin Lefkoşadakı səfiri Yasin Ekrem Serim, Kıbrıs Türk Sülh Qüvvələri komandanı general-mayor Sebahattin Kılınç, Təhlükəsizlik Qüvvələri komandanı general-mayor İlker Görgülü, bölük və briqada komandirləri, bəzi siyasi partiya və birliklərin nümayəndələri qatılıb”.
Qeyd olunub ki, “Yaşıl gələcəyə əl-ələ” şüarı ilə keçirilən tədbirdə Kıbrıs Türk Sülh Qüvvələri Komandanlığının şəxsi heyəti, onların ailə üzvləri, universitet və orta məktəb şagirdləri də iştirak edib.