BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 529 min 289 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “müraciətlərdən 193 min 528-i pensiya, 129 min 931-i müavinət, 18 min 734-ü Prezident təqaüdü, 134 min 150-si ünvanlı dövlət sosial yardımı, 12 min 594-ü fərdi uçot və sosial sığorta, 3 min 174-ü dövlət icbari şəxsi sığorta və 37 min 178-i isə digər istiqamətlərlə bağlı olub”.
İlk şərhi yaza bilərsiniz