BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin (SN), Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin (DİN) və Elm və Təhsil Nazirliyinin (ETN) səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək SN-ə şəxsən təqdim etməlidirlər”.
Sonra xəbərdə, “mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz