Press "Enter" to skip to content

Qarsda maraqlı anlar

Yemək axtararkən jurnalistlərin kamerasına tuşç gəldilər

BAYRAQDAR MEDİA – Qarsdan olan jurnalistlər onlarla donuz yemək axtararkən bu məqamı lentə alıblar.

Xəbəri karsmanset.com saytı yayıb.

Məlumata görə, jurnalistlərə tərəf qaçan donuz sürüsü kameralara düşüb: “Son zamanlar xüsusilə Dikme, Kümbetli və Benliahmet kəndləri ərazisində sürülərdə görülən donuzlar diqqət çəkib. Qars-Ərzurum magistral yolunun Kümbetli kəndi ərazisindəki kartof tarlasında qar altında onlarla donuz birlikdə yemək axtararkən görüntülənib.

Jurnalistlər təxminən 2 kilometr aralıda olan donuzlara yaxınlaşmağa çalışıb. Donuzlar çaxnaşma yaradaraq jurnalistlərə tərəf qaçmağa başlayarkən, İhlas Xəbər Agentliyinin müxbirləri qarşılaşdıqları donuzların görüntülərini anbaan lentə alıblar”.

Mission News Theme by Compete Themes.