BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi rayon (şəhər) İcra Hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlıqda yeni “Avtoklaster” layihəsinə başlayır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, “layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq. Layihəyə ilkin mərhələdə Oğuz rayonunda başlanacaq. Rayonda özünüməşğulluq proqramına cəlb edilmiş bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti”, ”Avtoelektrik – Kondisioner təmiri”, “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur”. Məlumatda deyilir ki, məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətədavamlılığını təmin etmək və gəlirlərini artırmaqdır: “Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər. Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur”.
İlk şərhi yaza bilərsiniz