Press "Enter" to skip to content

Kıbrısın rum kəsimi Antonio Quterreşin hesabatına görə təəssüflənib

Antonio Quterres

BAYRAQDAR MEDİA – Kıbrısın rum mətbuatı BMT-nin Baş katibi Antonio Quterreşin Xeyirxah Niyyətlər Missiyasının 13 iyun-11 dekabr 2024-cü il dövrünü əhatə edən hesabat layihəsinin heç bir dəyişiklik edilmədən Təhlükəsizlik Şurasının rəsmi sənədi olaraq yanvarın 10-da dərc edildiyinə diqqət çəkib.

Bu barədə gundemkibris.com saytı məlumat yayıb.

Bildirilib ki, “Rum Administrasiyasının narazılığına baxmayaraq, son hesabatda “federal həll” barədə heç nə qeyd edilməyib. “Alithia” “Sona az qalmış Kıbrıs problemi: Nə iki dövlət, nə də bir federasiya” başlıqlı məqaləsində keçmiş DISI rəhbəri Averof Neofitunun “genişlənmiş konfransda iki regionlu, iki icmalı federasiya müzakirə edilməyəcək, iki icmanın tam muxtariyyəti müzakirə olunacaq” xəbərdarlığının təsdiqləndiyinə diqqət çəkib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.