BAYRAQDAR MEDİA – Yanvarın 13-də Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində polis qüvvələri daha bir etnik bəlucu güllələyərək öldürüblər. Bununla bağlı İnsan Haqları Təşkilatı – Hengaw xəbər verib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, 35 yaşlı Arif Kordi polisin xəbərdarlıq etmədən onun avtomobilinə açdığı atəş nəticəsində yaralanıb. Həkimlər bir neçə güllə yarası ilə xəstəxanaya çatdırılan bəlucun həyatını xilas edə bilməyiblər.
2024-cü ildə İranda hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc yaralanıb. Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.
İlk şərhi yaza bilərsiniz