BAYRAQDAR MEDİA – Denizlidə Bozkurt Bələdiyyəsinin başçısı Birsen Çelik, rayon gənclərinin təhsil həyatlarında əhəmiyyətli bir addım atmasına kömək etmək üçün pulsuz sınaq imtahanları təşkil edəcəklərini açıqlayıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, B.Çelik, arzularına çatmaq üçün böyük səy göstərən gənclərə bu fürsətin təqdim edilməsinin vacibliyinə diqqət çəkib: “O, gənclərin gələcəyə daha möhkəm addımlar atması üçün bundan sonra da hər cür dəstəyi verəcəklərini bildirib. Bozkurt Bələdiyyəsi tərəfindən təşkil olunacaq sınaq imtahanlarının ilk mərhələsi yanvarın 14-də LGS imtahanı verəcək şagirdlər üçün olacaq. Ertəsi gün, yanvarın 15-də TYT imtahanı verəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək”.
İlk şərhi yaza bilərsiniz