Press "Enter" to skip to content

Yeni səfir haqqında maraqlı məqamlar

Prof. Dr. Birol Akgün

Prof. Dr. Birol Akgün beynəlxalq əlaqələr, təhsil və vətəndaş cəmiyyəti sahələrindəki fəaliyyəti ilə həm akademik, həm də sosial platformalarda dərin iz qoyub

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qərarına əsasən Prof. Dr. Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Artıq müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, Prof. Dr. Birol Akgün bundan öncə Türkiye Maarif Vakfının sədri olub.

Bu məqamda qeyd edək ki, Türkiyənin yetişdirdiyi mühüm politoloq və akademiklərdən biri olan Prof. Dr. Birol Akgün beynəlxalq əlaqələr, təhsil və vətəndaş cəmiyyəti sahələrindəki fəaliyyəti ilə həm akademik, həm də sosial platformalarda dərin iz qoyub.

Yeni səfirin həyat və fəaliyyəti barədə geniş məlumat dərc edən gazetekritik.com saytı xəbər verir ki, 25 mart 1968-ci ildə Manisanın Soma rayonunda anadan olan Birol Akgün kiçik yaşlarından biliyə və nizam-intizama olan marağı ilə diqqət çəkib. Sayt yeni səfirin həyat və fəaliyyətini bir sıra hissələrə ayıraraq müvafiq yarımbaşlıqlarla təqdim edib.

Təhsil və akademik karyera

Məsələn “Təhsil və akademik karyera” yarımbaşlığında qeyd edilib ki, “1993-cü ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi Dövlət İdarəçiliyi bölümünü bitirən B.Akgün Milli Təhsil Nazirliyinin rəsmi təqaüdü ilə akademik karyerasını xaricdə davam etdirib. O, ABŞ-ın Case Western Reserve Universitetində siyasi elmlər üzrə magistr və doktorluq dərəcələrini alaraq beynəlxalq səviyyədə biliyini gücləndirib. Türkiyəyə qayıtdıqdan sonra Selçuk Universitetində müəllim kimi fəaliyyətə başlayan B.Akgün müvafiq olaraq dosent yardımçısı, dosent və professor ünvanlarını qazanıb. Akademik intizamı və orijinal tədqiqatları sayəsində tez bir zamanda öz sahəsində nüfuz sahibi olub”.

Məlumatda vurğulanıb ki, Yıldırım Beyazıt Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Əlaqələr Departamentində müəllim vəzifəsində çalışan B.Akgün elmi sahədə davamlı uğurları ilə fərqlənib.

Maarif Vakfi başqanlığı və QHT fəaliyyətləri

Saytın “Maarif Vakfi başqanlığı və QHT fəaliyyətləri” yarımbaşlığında deyilir ki, Prof. Dr. Birol Akgün akademik karyerası ilə yanaşı, son təyinata qədər Türkiyə Maarif Vakfının İdarə Heyətinin sədri olub, həmçinin təhsil sahəsində qlobal miqyasda mühüm layihələrə rəhbərlik edib: “Maarif Vakfı çərçivəsində türk mədəni və təhsil dəyərlərini bütün dünyada təbliğ edən Prof. Dr. B.Akgün, gənc nəsillərin beynəlxalq səviyyədə rəqabət apara biləcək bilik və bacarıqlara yiyələnməsinə töhfə verir”.

Maarif’te İlkemiz Kalite, Başarı ve Şeffaflıktır – ÖZEL

Onu da qeyd edək ki, Prof. Dr. Birol Akgün 2021-ci ildə, Türkiyə Maarif Vakfına rəhbərlik edərkən BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Həmin müsahibənin linkini də bura əlavə edirik.

Prof. Dr. B.Akgünün məqalələri milli və beynəlxalq akademik dairələrin böyük marağına səbəb olub

“Əsərləri və mükafatları” yarımbaşlığında isə qeyd edilib ki, Prof. Dr. B.Akgünün akademik nəşrləri politologiya, beynəlxalq münasibətlər və müasir Türkiyənin siyasi fikir tarixi kimi geniş bir sahəni əhatə edir: “Onun “Liberal düşünce”, “National Geographic Türkiye”, “Strategic Analysis” kimi nüfuzlu jurnallarda dərc olunan məqalələri milli və beynəlxalq akademik dairələrin böyük marağına səbəb olub. 2003-cü ildə “11 Eylül, Değişen Dünya Dengeleri ve Türkiye” başlıqlı araştırmasıyla “Milliyet” qəzetinin İctimai Elmlər Birincilik Mükafatına layiq görülüb. Bu mükafat onun akademik uğurları ilə yanaşı, mövcud siyasi hadisələri dərindən təhlil etmək bacarığını da ortaya qoyur”.

Tələbələr və tədqiqatçılar üçün əsas istinad mənbəyi

“Nəşrlərindən diqqət çəkən məqamlar” yarımbaşlığında isə deyilir ki, Prof. Dr. B.Akgünün nəşr etdiyi əsərlər arasında xüsusilə “21. Yüzyılın Eşiğinde Türk Dış Politikası” ve “11 Eylül Sonrasında Dünya, ABD ve Türkiye” kimi kitablar, Türkiyənin xarici siyasəti və qlobal tarazlıqlar üzərində işləyənlər üçün mühüm istinad mənbələridir: “Bundan əlavə, Şaban H.Çalış və Önder Kutlu ilə birlikdə yazdığı “Beynəlxalq təşkilatlar və Türkiyə” beynəlxalq əlaqələr sahəsində tələbələr və tədqiqatçılar üçün əsas istinad mənbəyidir”.

Maarif Vakfi vasitəsilə həyata keçirilən işlər Türkiyənin xaricdəki təhsil diplomatiyası siyasətinə yeni nəfəs gətirdi

Bildirilib ki, “Prof. Dr. Birol Akgün təkcə akademik sahədə deyil, həm də təhsil siyasəti və vətəndaş cəmiyyəti sahəsində fəallıq nümayiş etdirir. Maarif Vakfi vasitəsilə həyata keçirilən işlər Türkiyənin xaricdəki təhsil diplomatiyası siyasətinə yeni nəfəs gətirdi. Elmi ciddiliyi, innovativ baxışı və cəmiyyətə töhfə yönümlü yanaşması ilə Prof. Dr. Birol Akgün Türkiyənin həm akademik ictimaiyyətdə, həm də beynəlxalq platformalarda güclü təmsilçisi olmaqda davam edir. Gələcək nəsillərə yol göstərən əsərləri onun elm və təhsil aləmində Türkiyənin öndə gedən adlarından biri kimi xatırlanmasına şərait yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.