BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın siyasi tarixinin önəmli çəxsiyyətlərindən olan qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın ölümünün 13-cü ildönümüdür. Bu münasibətlə mərasimlər və tədbirlər keçiriləcək.
Bu barədə gundemkibris.com saytı məlumat yayıb.
Bildiirlib ki, “ilk mərasim saat 10.08-də Rauf Raif Denktaş məqbərəsində başlayacaq. Abidəyə əklillərin təqdim olunması ilə başlayacaq mərasim bir dəqiqəlik sükutla və Dövlət Himninin oxunması ilə davam edəcək. Mərasim Xatirə Xüsusi Kitabının imzalanması və prezident Ersin Tatarın çıxışı ilə başa çatacaq”.
Məlumata görə, Rauf Raif Denktaşın xatirəsini anma tədbirləri saat 10.45-də Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək mərasimlə davam edəcək: “Bir dəqiqəlik sükut və İstiqlal Marşı ilə başlayacaq mərasimdə Qurucu Cümhurbaşqanı Rauf Denktaşın oğlu Serdar Denktaş və Cümhurbaşqanı Ersin Tatar çıxış edəcək. Anma mərasimi Esin Leman Liseyi şagirdlərinin ifasında oratoriya ilə yekunlaşacaq”.
Məlumata əsasən, Metehan-Çetinkaya İdman Klubunun yanında inşa edilən Rauf Raif Denktaş Peşə Liseyinin açılışı isə saat 14.00-da olacaq.
Qeyd edək ki, Rauf Denktaş 13 yanvar 2012-ci ildə 88 yaşında vəfat edib.