BAYRAQDAQ MEDİA – İranın hökumət mollası Həsən Amulini ağızdolusu mədh edən “Hamshahri Online” saytı qərəzli şəkildə yazıb ki, guya Azərbaycan Prezidenti İlham Əliyev H.Amulinin “nüfuzlu şəxsiyyətindən” narahat olduğunu açıq şəkildə göstərib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Deyilir ki, Azərbaycan Prezidenti indiyədək bir neçə dəfə hökumət mollasına etirazını bildirib və onun vəzifəsindən uzaqlaşdırılmasını istəyib. Ekspertlər Məclisinin (İranın ali rəhbərini seçən Şura-ye Xubreqan) üzvü, Ərdəbilin cümə imamı H.Amuli, İranda və ölkə sərhədlərindən kənarda tanınan natiqdir. Onun xütbələri, fərasətsiz məsul şəxslərə etirazları nöqsanları ört-basdır etmək üçün Xameneyinin adından istifadə etməmək üçün tövsiyələri ilə geniş əks-səda doğurub.
Sitat: “Azərbaycan Prezidenti İlham Əliyev H.Amulinin ciddi tənqidçisidir və bir neçə dəfə ona qarşı mövqe nümayiş etdirib. Bu yaxınlarda İlham Əliyev Ərdəbildə keçirilən mərasimdə bir adamın sözlərini bəhanə edərək cümə imamına yeni hücumlara başlayıb. Bu hücumlar H.Amulinin qonşu ölkələrə qarşı nifrətin istənilən formasının əleyhinə olduğunu dəfələrlə bildirdiyi, eyni zamanda, qonşularla qarşılıqlı əlaqədə hər zaman məntiqli və mərhəmətli yanaşmağı irəli sürdüyü bir halda baş verib”.
İlk şərhi yaza bilərsiniz