Press "Enter" to skip to content

Doğunun daha bir cənnəti – VİDEO

Halfeti

Yaxud, dünyada qara qızılgüllərin bitdiyi yeganə yer

BAYRAQDAR MEDİA – “Doğunun hələ kəşf etmədiyimiz çoxsaylı şəhərləri var. Dünya hələ də ilk sivilizasiyanın yarandığı bu yerlərdən məlumatsızdır. Bəlkə də dünyanın hələ də axtardığı cənnət elə yer üzərindədir”.

Bu fikirlər Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya verilən məlumatda öz əksini tapıb.

“Ağlayan ərəb qızı”nın vətəni

Qeyd edilib ki, Doğunun daha bir cənnəti sözsüz kəşf edilməyən Türkiyədə olan Halfetidir: “Şəhər özünəməxsus gözəlliyə və uzun tarixə malikdir. Rəvayətə görə, Halfeti dünyada qara qızılgüllərin bitdiyi yeganə yerdir – bu qızılgülləri yerli sakinlər “Ağlayan ərəb qızı” kimi tanıyırlar. “Mesopotamiya sümbülü” olaraq da tanınan “Ağlayan Ərəb qızı” bu qızılgüllər yaz və payızda çox az sayda çiçək açır”.

Köhnə və yeni Halfeti

Məlumata görə, Halfeti bu gün iki hissəyə bölünür: köhnə və yeni şəhər: “Ferma evləri, məscidlər və s. Binaların yerləşdiyi köhnə şəhər 2000-ci ildə Fərat çayı üzərindəki Birecik bəndinin tamamlanması ilə sular altında qalıb. Halfeti sakinləri təqribən 15 km aralıda yerləşən “Yeni Halfeti” adlanan yeni şəhərciyi tikib köçməyə məcbur olublar. Bu arada su basan qəsəbə “Köhnə Halfeti” kimi tanınmağa başlayıb”.

Tarixi eramızdan əvvəl 855-ci ilə söykənən şəhər

Qeyd edilib ki, şəhərin tarixi eramızdan əvvəl 855-ci ilə, Assuriya kralı II Şalmaneserin qəsəbənin əsasını ilk dəfə qoyduğu vaxta gedib çıxır: “Roma dövründə “Akamai” adı ilə bir yaşayış məntəqəsi inkişaf etmiş və sonralar bu yaşayış məntəqəsi “RomaionKoula” (Roma qalası) terminindən “Koyla” adını almışdır. Roma dövründən sonra bu bölgədə çoxlu sivilizasiyalar, o cümlədən eramızın VI və VIII əsrləri arasında bölgəni idarə edən Sasanilər, Ərəblər, Əməvilər və Abbasilər hökmranlıq edib. XI əsrdə Səlcuqlular Halfeti ələ keçiriblər, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə daxil olublar”.

Halfeti turizmin sevimli yerlərindən biridir

O da vurğulanıb ki, 2000-ci illərdə Birecik bəndinin tikintisi ilə sular altında qalan və hazırda köhnə və yeniyə bölünən Halfeti turizmin sevimli yerlərindən biridir: “Fərat çayı sahillərində qurulan restoranlar, kafelər, sosial obyektlər və qayıqlar… Yerli əhali dolanışığının çox hissəsini turizmdən qazanmağa başlayıb . Bölgədə qayıq turları çox populyardır. Savaşan körfəzindəki yarı batmış minarə ən təsirli mənzərəsi olan nöqtələrdən biridir.

Gəmi gəzintisi zamanı gələnləri başqa bir gözəllik, Rumkale qarşılayır. İncilin 12 həvari tərəfindən yazıldığını və buna görə də birdən çox İncil olduğunu düşünənlər, həvarilərdən biri olan Yəhyanın məzarının Rumkaledə olduğuna, burada öz İncilini yazdığına inanırlar. Sıldırım qayaların üzərində tikilmiş Rumkale hələ də tikintisi və niyə orada olması ilə bağlı sirrini qoruyur”.

Halfetiyə Cittaslow Beynəlxalq Komissiyası Komitəsi tərəfindən “yavaş şəhər” mənasını verən cittaslow titulu verildi. Gizli cənnət və itirilmiş şəhər olaraq getdikcə daha çox diqqət çəkən Halfeti , Şanlıurfa səfərlərinin mütləq görməli yerlərindən biridir.Siz də bu cənnəti görmək istəyirsinizsə mütləq Türkiyəyə səfər edin.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.