BAYRAQDAR MEDİA – Yanvarın 16-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “tamaşa Üzeyir Hacıbəylinin muğam operası, Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Sevinc Məmmədovadır”.
Səhnə əsərində rolları Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçısı Səmədzadə Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar Emin Zeynallı, Gülnarə Abdullayeva, Azər Pənahov, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva ifa edirlər.
Həmçinim tamaşada xor və balet artistləri iştirak edirlər.
İlk şərhi yaza bilərsiniz