BAYRAQDAR MEDİA – Dünya Köçəri Oyunlarına hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb.
Kırım Haber Ajansı xəbər verir ki, Qırğızıstanın Baş naziri Adilbek Kasıməliyev 2026-cı ildə Qırğızıstanda keçiriləcək VI Köçəri Oyunlarına hazırlıq və təşkili üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb: “Qırğızıstan Nazirlər Sovetinin sədr müavini Edil Baysalov təşkilat komitəsinin sədri təyin edilib.
Bundan əlavə, yaradılacaq təşkilat komitəsinə VI Ümumdünya Köçəri Oyunlarına hazırlıqla bağlı idarələrarası tədbirlər planını hazırlamaq, ənənəvi oyun və idman növlərini müəyyən etmək və nəzərdə tutulan tədbirlər əsasında xərcləri hesablamaq tapşırılıb”.
İlk şərhi yaza bilərsiniz