BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Şeir qiraəti” yarışması keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yarışmanın münsiflər heyətində İnstitutun tədris işləri üzrə prorektoru, Dos. Mübariz Camalov, elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov və İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev təmsil olunublar. M.Camalov tədbir iştirakçılarını salamlayıb, tələbələrin dini və dünyəvi biliklərə yiyələnmələri istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb. Prorektor bildirib ki, bu tip yarışmalar gənclərin ümumi savad və dünyagörüşlərini artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir”.
Sonra xəbərdə, “tələbələrin milli-mənəvi ruhda inkişaf etməsi, dünyagörüşlərinin formalaşması, həmçinin vətənpərvərlik ruhuna daha dərindən yiyələnmələri üçün əvvəlcədən təqdim olunmuş mövzulara uyğun gələn şeirlər səsləndirilib. Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub” deyə qeyd edilir.
Yarışmada birinci yerə – “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Emil Qasımov; ikinci yerə – “İslamşünaslıq” ixtisasının IIkurs tələbəsi Əkbər Hüseyn; üçüncü yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Məhsumə Şahverdiyeva layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
İlk şərhi yaza bilərsiniz