BAYRAQDAR MEDİA – Qazaxıstan Milli Qvardiyasında xidmət edən əsgərlər üçün Türkiyə türkcəsinin öyrənilməsi üçün kurslar başlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, həm onlayn, həm də üz-üzə formatda keçirilən kurslar Yunus Emrə İnstitutunun Astana ofisinin təşəbbüsü ilə reallaşır: “Kurslar sayəsində qazax əsgərlərinin türk dili biliklərinin artırılması hədəflənir. Türkiyə türkcəsi kursu çərçivəsində yüzlərlə qazax əsgəri türkcə bilik və ünsiyyət bacarıqlarını gücləndirəcək təlimlərə qatılacaq. Kursların məqsədi Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlığı daha səmərəli etməkdir”.