Press "Enter" to skip to content

İran mülki aviasiyası məhv olmaqdadır

BAYRAQDAR MEDİA – İran mediası ölkədə olan sərnişin təyyarələrinin hazırkı vəziyyətini təhlil edərək bildirib ki, bu durumun davam etməsi nəticəsində yaxın 7 ildə İranın hava nəqliyyatı sənayesi məhv olacaq.

Xəbəri “Azad İran” Telegram kanalı “Amerikanın Səsi”nə istinadla yayımlayıb.

Xəbərə əsasən, hazırda ölkədə cəmi 140 təyyarə var ki, onlardan 20-si köhnəldiyi üçün hər il istismardan çıxarılır. Bu durum İranı hava nəqliyyatı sənayesi olmayan ölkəyə çevirəcək. İranın hava nəqliyyatı donanmasının ömrü hazırda 28 ildir ki, bu da dünyanın digər ölkələri ilə və qlobal orta göstərici ilə müqayisədə təyyarələrin köhnəlməsinin ən yüksək dərəcəsini göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.