Press "Enter" to skip to content

Güney Azərbaycanlı fəallara 95 il həbs

BAYRAQDAR MEDİA – Almaniyada yaşayan Güney Azərbaycanlı vəkil Sina Yusifi özünün X səhifəsində Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində mühakimə olunub, uzunmüddətli həbs cəzasına məhkum edilmiş bir qrup Güney Azərbaycanlı siyasi fəalın işinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərildiyini bildirib.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.

Xəbərə əsasən, S.Yusifi öz sosial media hesabında yazıb: “Bu fəallardan bəziləri bir ilə yaxındır ki, müvəqqəti həbsdədir. İnqilab Məhkəməsinin 15-ci bölməsi birtərəfli qaydada və çoxsaylı etirazlara baxmayaraq, fəallardan 15-nə ümumilikdə 95 il həbs cəzası verib. Bu siyasi fəallara qarşı ittihamlar arasında “dövlət quruluşuna və cəmiyyətə qarşı təbliğat aparmaq”, “cinayət törətmək üçün əlbir olmaq” kimi ittihamlar var və müttəhimlərdən bəziləri vəkil tutmaq və seçmək hüququndan məhrum ediliblər.”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.