Press "Enter" to skip to content

FHN yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb – VİDEO

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz oil” yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən “İz” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektin önündə yanğınsöndürmə vasitələrinin yerini göstərən lövhələr asılmayıb;
– obyektin köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
– odsöndürən balonların yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməyib;
– obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb”.

Sonra xəbərdə, “mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək” deyə bildirilir.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş sözügedən restoranın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.